Öcalanın saxlandığı kamera təmir edilib
22 Dekabr 2009 Çərşənbə Axşamı 11:50
Öcalanın saxlandığı kamera təmir edilib. PKK lideri dəyişiklərdən məmnun qalıb.
Türkiyə demokratik açılımla bağlı addımlarını genişləndirir. Bu dəfə həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralıdakı kamerasında bəzi dəyişiklər edilib. Əvvəl Öcalanın gündəlik havaya çıxma saatı bir saatdan 2 saata qədər artırılıb.
Bundan başqa, Öcalan "hava ala bilmədiyinə görə" kameranın qapısı da boz rəngli, malalı bir qapı ilə dəyişdirilib. Malalı qapı Ankarada düzəldilərək İmralıya göndərilib. Artıq kameranın içinə daha çox hava daxil olur. Otağın pəncərəsindəki tor götürülərək, qapının üstündə daha bir pəncərə qoyulub.
Öcalan rütubətdən şikayət etdiyinə görə, kameranın divarları xarici divar kağızları ilə örtülüb, otaq yenidən boyanıb.

Abdullah Öcalan İmralıya aparılan yeni məhkum yoldaşlarıyla da görüşməyə başlayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar