Öcalanın oxumaq üçün istədiyi kitab hamını təəccübləndirib
08 Avqust 2010 Bazar 03:15
“Türkiyənin regionda təsirini və geopolitik hakimiyyətini zəiflətmək məqsədiylə Yaxın Şərqdə süni kürd dövləti yaradılmaq istənir”.
PKK terror təşkilatının lideri və 12 ildir İmralı adasındə həbsdə olan Abdullah Öcalan oxumaq üçün professor Abdulxaluq Çayın “Her yönüyle kürt dosyası” kitabını istəyib. Qeyd edək ki, terrorçu lider həbsdə oxumaq üçün vəkillərindən vaxtaşırı müxtəlif kitablar istəyir. Öcalanın son istəyi isə ictimaiyyətin təəccübünə səbəb olub. Çünki kitabı hazırlayan akademik A. Çay türk millətçisidir.
Kürd termini və kürdlərin bölgədəki həyatının ətraflı incələndiyi kitabda beynəlxalq siyasi hadisələrin kürdlərlə olan əlaqələri də nümayiş olunub.
Kitabın müxtəsər icmalı isə budur: “Kürdçülük siyasətinin arxasında imperialist dövlətlərin Yaxın Şərqdəki iqtidar mübarizəsi var. Türkiyənin regionda təsirini və geopolitik hakimiyyətini zəiflətmək məqsədiylə Yaxın Şərqdə süni kürd dövləti yaradılmaq istənir”.
Türkçü şəxsiyyəti və bu istiqamətdə olan tarixi araşdırmaları ilə tanınan akademik Abdulxaluq Çay 1963-cü ildən bəri Milliyətçi Hərəkat partiyasının (MHP) fəallarından biridr. 1999-cu il parlament seçkilərində deputat olan və 57-ci hökumətdə dövlət naziri olan Çay MHP sədri Dövlər Baxçalı ilə aralarında baş vermiş qalmaqal səbəbilə bu vəzifədən çıxarılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: