Öcalan Türkiyəni hədələdi
05 Fevral 2011 Şənbə 06:45
“Diyarbəkir sakinləri Misirdə olduğu kimi küçələrə çıxsa və günlərlə küçədən ayrılmasa o vaxt sülh də əldə olunar
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Misirdə baş verən hadisələri göstərərək Türkiyəni hədələyib. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, Öcalanın vəkilləri vasitəsilə verdiyi açıqlama terror təşkilatına aid internet saytında yayılıb. Həbsxana şərtlərinin ağır, imkanlarının məhdud olduğunu deyən A. Öcalan Misiri nümunə göstərərk əhalisinin əksəriyyəti kürdlərdən ibarət olan Diyarbəkir əhalisini də küçələrə çıxmağa səsləyib.
“Diyarbəkir sakinləri Misirdə olduğu kimi küçələrə çıxsa və günlərlə küçədən ayrılmasa, tələblərini irəli sürsə, o vaxt sülh də əldə olunar. Bu addım atılarsa AKP-də (Hakim Ədalət və İnkişaf Partiyası) qalmaz və Ərdoğan özü bu problemin həllini tələb edər. Bundan başqa Diyarbəkirdə milyonlarla insanı toplayacaq güc də var. Bu da bir növ özünümüdafiədir. Mən burda təhrikçilik etmirəm”.
DOSTLARINLA PAYLAŞ: