Türkiyə səfəri çərçivəsində ABŞ prezidenti Barak Obamaya qarşı sui qəsd etmək istəyən şəxs tutulb. «Habertürk»ün məlumatına görə, Suriya əsilli şəxs aprelin 7-də Çırağan sarayında Mədəniyyətlər İttifaqı Forumunda çıxış edəcək olan Obamaya bıçaq atmağı planlaşdırıbmış. Məlumata görə, o dövlət başçısının iştirak edəcəyi toplantıya jurnalist kimi girməyi planlaşdırıb. Qeyd edək ki, saxlanılan şəxsin üzərindən «Əl Cəzirə» kanalına məxsus vəsiqə çıxıb. Hazırda polis tutulan şəxsin vəsiqəsini və tolplantıda akreditə olub-olmadığın araşdırır. /ANS PRESS/