Obamaya müzikal yazılıb
14 Yanvar 2010 Cümə Axşamı 20:15
Almaniyada Barak və Mişel Obamanın sevgi ariyası səsləndiriləcək
Amerikanın qara dərili prezidenti Barak Obamaya müzikl yazılıb. “Ümid - Obamanın musiqi tarixi” adlı müziklın primyerası yanvar ayının 15-i və 16-sı Almaniyada keçiriləcək.
Tamaşa zamanı seyircilər Barak Obamanın və onun həyat yoldaşı Mişelin sevgi ariyasından əlavə, Obama və Klinton duetini, Con Makkeynin və Sara Peylinin solo çıxışlarını izləyə biləcəklər.
30 müğənninin iştirak etdiyi müziklın partiyaları Alman və İngilis dilində yazılıb.
Verilən məlumata görə artistlərin çoxu əvvəllər Alman müzikllarında iştirak etmiş Amerika aktyorlarıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: