Obamanın yaralanması xəbəri yalan çıxdı
23 Aprel 2013 Çərşənbə Axşamı 23:15
Ağ ev: “Vəziyyət qaydasındadır”.
“Twitter” mikrobloqunda Ağ evdə iki partlayışın olması və bu partlayışlarda ABŞ prezidenti Barak Obamanın yaralanması ilə bağlı yerləşdirilmiş məlumat yalan çıxıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda Ağ ev qarşısında vəziyyət sakitdir. Orada çoxlu sayda turist var, hüquq-mühafizə orqanlarının əməkdaşları heç də gücləndirilmiş iş rejimində işləmirlər.

Binanın qarşısında sadəcə bir neçə polis əməkdaşı var ki, onlar da yaranmış vəziyyətlə bağlı heç bir şərh vermir.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə “Twitter” mikrobloqunda Ağ evdə iki partlayışın olması və bu partlayışlarda ABŞ prezidenti Barak Obamanın yaralanması ilə bağlı məlumatlar yayılmışdı. Ağ evin mətbuat katibi Cey Karni bu məlumatı təkzib edib və bildirib ki, prezident Barak Obamanın vəziyyəti yaxşıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar