Obamanın səhər yeməyi yediyi restoranın sahibi sevincindən öldü
07 İyul 2012 Şənbə 11:49
ABŞ prezidentinə qulluq edən 70 yaşlı Cozefin Harrisin ürəyi partlayıb.
ABŞ prezidenti Barak Obamanın səhər yeməyi yediyi restoranın sahibi ölüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, obyekt sahibi prezident gedəndən dərhal sonra keçinib.
Həkimlərin sözlərinə görə, Ohayo ştatındakı restoranın 70 yaşlı sahibi Cozefin Harris ürək tutması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, ölümdən 2 saat öncə o, dünyanın ən güclü dövlətlərindən olan ABŞ rəhbəri Barak Obamaya xidmət edib. Belə ki, Obama onun restoranında iki yumurta, bekon, çörək və sıyıqdan ibarət səhər yeməyi yeyib.

Yerli mətbuatın məlumatına görə, Harris Obamanın pərəstişkarlarından biri olub və prezidentin onun restoranına gəlməsinə həddindən çox sevinib. Ağ evin mətbuat xidmətinin məlumatına görə, hadisədən xəbər tutan Obama onun qızına zəng edərək baş sağlığı verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar