Obamanın qızları it alıb
13 Aprel 2009 Bazar Ertəsi 12:20
"Bo" adlı qara tüklü, ağ pəncəli it artıq Ağ evə gətirilib

ABŞ prezidenti Barak Obamanın qızlarının iti artıq bəllidir. Ağ ev rəhbərinin qızları Saşa və Mariya itə «Bo» adını veriblər. «Bo»nu senator Tet Kennedinin bir neçə gün öncə Ağ evə ziyarəti zamanı gətirdiyi bildirilir. Portuqaliya su köpəyi cinsindən olan qara tüklü ağ pəncəli it xüsusi olaraq, davranış dərsləri də alıb.   «Bo»nun rəsmi təqdimat mərasimi isə çərşənbə axşamı keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar