Obamanın nənəsinin mühafizəsi gücləndirilib
13 May 2011 Cümə 11:30
Keniyada yaşayan 88 yaşlı Sara Obama vəziyyətindən narazı deyil
Keniya hakimiyyəti "Əl-Qaidə"nin lideri Üsamə Ben Ladenin zərərsizləşdirilməsindən sonra ABŞ prezidenti Barak Obamanın bu ölkədə yaşayan 88 yaşlı nənəsinin mühafizəsini gücləndirib. Yaşlı qadının mühafizəsinin gücləndirilməsi barədə qərar Somali ekstremal təşkilatı olan "Aş şabab" ("Əl-Qaidə"nin Afrika qolu) tərəfindən ölümlə hədələnməsindən sonra verilib.
Sara Hüseyn Obamanın evi Üsamə Ben Ladenin öldürülməsindən bir gün sonra amerikalı xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb. Ancaq ölüm hədəsi barədə məlumat daxil olandan sonra mühafizə daha da atrırılıb. İndi Keniyada "Sara Ana" kimi tanınan evi xüsusi təyinatlılarla yanaşı, yerli polis də qoruyur.
Evə gələn hər kəs əvvəlcə yoxlanılır.
Yaşlı qadın bu tədbirlərin onun gündəlik həyatına heç bir təsir etmədiyini deyib.
DOSTLARINLA PAYLAŞ: