Obamanın imzaladığı qanunu qanunsuz sayıldı
13 Avqust 2011 Şənbə 01:14
Məhkəmə vətəndaşların tibbi sığrtaya məcbur edilməsinin Konstitusiyaya zidd olması barədə qərar qəbul edib
ABŞ-ın Atlanta ştatının Apellyasiya Məhkəməsi prezident Barak Obama tərəfindən imzalanmış qanunu qanunsuz sayıb. Məhkəmənin qərarına görə, amerikalıların cərimə təhdidi ilə tibbi sığortaya məcbur edilməsi ilə bağlı qanun Konstitusiyayaya ziddir.
Məhkəmənin qərarında deyilir ki, ABŞ Konqresi vətəndaşları sığrtaya məcbur etməklə səlahiyyət həddini aşıb. Bununla belə, məhkəmə bildirib ki, qanunun digər müddəalara qüvvədə qalacaq. Çünki onlar Konstitusiyanı pozmurlar.
Barak Obamanın imzaladığı qanunla bağlı məsələyə ABŞ Ali Məhkəməsində də baxılacaq və mübahisəyə bununla son qoyulacaq.
Ağ ev Atlanta məhkəməsinin qərarından narazılığını ifadə edib.
DOSTLARINLA PAYLAŞ: