Obamanın "görmə qabiliyyəti" artıb
29 İyul 2009 Çərşənbə 23:30
ABŞ prezidenti Obama: "Ola bilsin ki, biz artıq enmənin sonunu görürük"

 

Birləşmiş Ştatlar prezidenti Barak Obama çərşənbə günü Rolidə (Şimali Karolina) çıxışı zamanı bəyan edib ki, milli iqtisadiyyatın stimullaşdırılması üzrə ciddi tədbirlər ölkəsinin “iqtisadi enmənin sonunun başlanğıcını” görməsinə kömək edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, Obama antiböhran tədbirlər haqqında fərmanı cari ilin fevral ayında imzalayıb.

"Bazarlar inkişaf edir və maliyyə sistemi uçurumdan uzaqlaşıb. Ola bilsin ki, biz artıq enmənin sonunu görürük", - deyə Obama bildirib.

Prezident həmçinin müflisləşən “Chrysler” və “General Motors”a maliyyə dəstəyi üzrə hökumət planının müdafiəsinə qalxıb. Onun fikrincə, bu şirkətlərə çoxmiliyardlıq dövlət vəsaitlərinin ayrılması mühüm addım idi.

"Nəticədə biz yüzminlərlə iş yerini xilas etdik və ümid edirik ki, pullarımızı geri ala biləcəyik", - deyə o bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar