Obamanın çıxışı erməniləri də özündən çıxardı
25 Aprel 2012 Çərşənbə 05:28
ANCA-nın baş katibi Ken Haçikyan bu çıxışı səbəbilə Barak Obamanın Türkiyəyə təslim olduğunu iddia edib.
ABŞ prezidenti Barak Obamanın 24 aprel qondarma “erməni soyqırımı” günü münasibəti ilə etdiyi çıxışda soyqırımı dsözünü deməməsi Amerika erməni milli komitəsini (ANCA-Armenian Nastional Committee of America) hiddətləndirib. Obamanı seçkidən əvvəl ermənilərə verdiyi sözü tutmağa çağıran ANCA ABŞ prezidentinin 1915-ci il hadisələrini "Meds Yeghern" (böyük fəlakət) sözü ilə ifadə etməsini “ağız gimnastikası” kimi qiymətləndirib.
ANCA-nın baş katibi Ken Haçikyan bu çıxışı səbəbilə Barak Obamanın Türkiyəyə təslim olduğunu iddia edib: “ABŞ prezidenti Obama Amerikanın insan hüquqları siyasətini soyuqqanlılıqla görməməzliyə vurdu və ABŞ-da “soyqırımının” tanınmaması üçün Ankaranın əlini sıxdı. O, Türkiyəyə təslim olub”.
DOSTLARINLA PAYLAŞ: