Obamanın avtomobilinin nömrəsi hamını şoka saldı
16 Yanvar 2013 Çərşənbə 11:12
ABŞ preizdenti avtomobilinin nömrə hissəsinə etiraz şüarı yerləşdirib
ABŞ dövlət başçısı Barak Obama prezident limuzininin nömrəsini qeyri-adi şəkildə seçib. Belə ki, amerikalı prezident avtomobilin nömrə hissəsinə Kolumbiya dairəsinin “Konqressdə təmsilçisiz vergi ödəmə” (Taxation Without Representation) etiraz şüarını yerləşdirib.

Bu haqda Ağ Evin təmsilçisi Keyt Meley məlumat verib. Onun sözlərinə görə, bu şüar hələ 2000-ci ildə avtomobil nömrələrinin yerinə yerləşdirilmişdi. ABŞ paytaxtının sakinlərinin Konqressdə səsvermək hüququ olan nümayəndələri yoxdur. Amma onlar da ölkənin digər vətəndaşları kimi vergi ödəyirlər. Obamanın bu şüarı da həmin məsələni qabaratmağa çalışır.

“Prezident həmin dairədə artıq 4 ildir yaşayır. O, Vaşinqtonda ailəsi ilə birgə yaşayan, çalışan, zəhmət çəkib vergi ödəyən vətəndaşlara qarşı ədalətsiz edildiyini görür. Onların Konqressə təmsilçiləri yoxdur. Bu nömrələrin yerləşdirilməsi ilə Obama onlara dəstək olduğunu demək istəyir”,- deyə Meley bildirib.

Şüarın təsdiq olunmasından sonra Amerikanın sabiq prezidenti Bill Klinton da avtomobilinin nömrə hissəsinə bu çağırışı yerləşdirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar