ABŞ prezidenti Barak Obama maraqlı hadisə ilə üzləşib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən gün yeni hökumətdəki namizədləri açıqlayarkən milçək ona çətin anlar yaşadıb. Belə ki, həşərat prezidentinin iki qaşının ortasına qonub.
Milçəyi görən Obamanın diqqəti yayınıb. Əli ilə onu qovmağa çalışan ABŞ prezidentinin ağzından "bu şey məni narahat" edir sözləri də çıxıb.
Qeyd edək ki, bu Obamanın milçəklə yaşadığı ilk hadisə deyil. Məsələn, 2008-ci ildə hamburgerçidə soba başında foto çəkdirən zaman bir milçək onu narahat etmişdi. Ən unudulmaz səhnə isə 2009-cu ildə yaşanıb. "CNBC"yə müsahibə verən Obama kamera qarşısında onu narahat edən milçəyi öldürmüşdü.