Obamanın adamı Suriyada gizli görüş keçirib
28 May 2013 Çərşənbə Axşamı 07:45
7 saat davam edən görüşdə müxaliflər ABŞ-dan silah-sursat tələb ediblər.
Türkiyədə səfərdə olan ABŞ Respublikaçılar Partiyasının liderlərindən olan senator Con Makkeyn Sriyada müxalifət liderləri ilə gizlin görüş keçirib.
ANS PRESS-in türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş 7 saatdan çox davam edib. Görüşün keçirilməsi həm Makkeyninin ofisindən, həm də Suriya müxalifəti tərəifndən təsdiq edilib.
Bildirilib ki, görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə edilib. Müxalifət liderləri ABŞ-dan Suriya hava məkanının uçuşa yasaq zona elan edilməsini və mövcud hakimiyyətlə mübarizəni davam etdirmək üçün silah-sursat verilməsi tələb edilib.
DOSTLARINLA PAYLAŞ: