Obamanı soyundurdular
19 İyun 2012 Çərşənbə Axşamı 11:55
İctimai-siyasi jurnallardan biri "Çılpaq həqiqət" kampaniyasını həyata keçirib.
ABŞ prezidenti Barak Obamanı soyundurublar. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Ekvadorda nəşr edilən ictimai-siyasi jurnal "Vanguardia" siyasətçiləri soyundurub.
Jurnalın son nömrəsində 3 şəkil var.

Bunlar tribunada çıxış edən Barak Obama,jurnalistlərin əhatəsində olan "WikiLeaks"ın yaradıcısı Culian Assanc və qəbulda oturan İran prezidenti Mahmud Əhmədinejaddır. Kampaniyanın şüarı isə "Çılpaq həqiqət"dir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar