Obamanı öldürəcəyi ilə hədələyənə 3 il həbs cəzası
12 May 2010 Çərşənbə 17:50
O, polisə zəng edərək Obama və arvadanı öldürəcəyini bildirib.
ABŞ-ın Nyu Orleans şəhərində yaşayan 47 yaşlı John Turnpaugh prezidenti ölümlə hədələdiyinə görə 3 il, qanunsuz olaraq narkotik vasitə və odlu silah saxladığına görə 5 il olmaqla ümumilikdə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə sənədlərinə görə Turnpaugh 2009-cu il dekabr ayının 30-da polisə zəng edərək Barak Obama və onun həyat yoldaşını öldürəcəyini bildirmişdi.
Aparılan araşdırmalardan sonra Turnpaugh fevralın 2-də həbs edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: