Obamanı kim sındırdı?
17 Sentyabr 2009 Cümə Axşamı 23:35
ABŞ prezidenti bundan sonra Rusiyanın maraqlarını nəzərə alacağını deyib
ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Şərqi Avropa ölkələrində raket əleyhinə müdafiə (RƏM) obyektlərinin yerləşdirilməsi planından imtina etdiyini təsdiqləyib. Onun sözlərinə görə, Amerikanın yeni “raket siyasəti” Avropadakı tərəfdarlarının daha güclü və çevik müdafiəsinə yönəlib.
Obama bildirib ki, yeni müdafiə sistemi layihəsi həyata keçirilən zaman Rusiyanın maraqları nəzərə alınacaq və o, birbaşa İran tərəfindən gələ biləcək təhlükəyə yönəldiləcək.
O həmçinin Rusiyanı İran tərəfindən mümkün təhlükənin qarşısının alınması üzrə əməkdaşlığa səsləyib. Bununla yanaşı Obama hazırkı məqamda İranın hücumunun az ehtimal olunduğunu da diqqətə çatdırıb.
Bu gün Pentaqon rəsmisi Ceyms Kartrayt da maraqlı bəyanatla çıxış edib. Belə ki, o, yeni RƏM sistemlərinin Çexiya və Polşada deyil, Qafqaz yaxınlığında yerləşdiriləcəyi barədə məlumat yayıb.
“Əslində bu sistem hardasa Qafqaz yaxınlığında yerləşdiriləcək”, - deyə o Vaşinqtonda keçirilən mətbuat konfransı zamanı qeyd edib.
DOSTLARINLA PAYLAŞ: