Latın Amerikasına səfərdən bir gün tez qayıdan prezident qapını bağlı görüb
ABŞ Prezidenti Barak Obama Latın Amerikası turnesindən sonra iş yerinə qayıtdıqda Ağ Evə girə bilməyib: qapılar bağlı olub. Amerika KİV-inin ehtimalına görə, dövlət başçısının qayıdışı barədə məlumat xidməti heyətə çatdırılmadığından, qapı açılmayıb. Belə ki, Barak Obama Latın Amerikası ölkələrinə səfərinin son dayanacağı olan Salvadordakı proqramını ixtisar edib və səfərdən bir gün tez qayıdıb.
Əsas qapı bağlı olduğundan, Barak Obama Ağ Evə girmək üçün başqa yol axtarmağa başlayıb və ikinci qapıya doğru gedib.
Amma xoşagəlməz insident prezidenti pərt etməyib. Videoyazıda görünür ki, Barak Obama bir qapıdan digər qapıya dcoğru gedərkən fitlə hansısa melodiyanı çalır.