Obaman və Kameron Suriya məsələsini müzakirə ediblər
31 Avqust 2013 Şənbə 06:58
Kameron: Ümid edirik ki, Amerika xalqı və Obama parlamentin bu qərarını anlayışla qarşılayacaq.
İngiltərənin baş naziri Devid Kameron və ABŞ prezidenti Barak Obama Suriyada baş verən son hadisələri telefon vasitəsilə müzakirə ediblər. ANSPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müzakirə zamanı Kameron Suriyanın Quta bölgəsində işlədilən qorxunc müharibə metoduna qarşı sərt reaksiya verilməsini dilə gətirib. İngiltərə rəsmisi amerikalı həmkarına Suriya rejiminə veriləcək cavabla bağlı hökumətin hərbi müdaxiləyə qarşı olduğu fikirini qəbul etdiyini bildirib. İngiltərə baş nazirliyindən verilən açıqlamada Obamanın Kameronun qərarına hörmətlə yanaşdığı və ABŞ-ın Suriyaya veriləcək cavabla bağlı hələ qərar vermədiyi bildirilib.

Baş nazirlikdən verilən açıqlamada Obamanın Kameronla olan möhkəm dostluğundan doğan minnətdarlıq hisslərini vurğuladığı qeyd olunur. Həmçinin iki ölkə arasında daimi, dərin əlaqələrin vacibliyi önə çəkilib. Hər iki rəsmi gələcəkdə beynəlxalq məsələlərdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıqlarını ifadə ediblər.

Liderlər bəyan ediblər ki, bütün tərəfləri bir araya gətirərək Suriya probleminin siyasi həllinin tapılması üçün qətiyyətlərini davam etdirməlidirlər. Xatırladaq ki, İngiltərə parlamentinin alt qanadı dünən axşam hökumətin Suriyaya hərbi müdaxilə ilə bağlı təşəbbüsünün 272-si lehinə olmaqla 285 səslə rədd etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar