Obamalar şəxsi həyatlarından danışdı
27 Dekabr 2012 Cümə Axşamı 13:15
Barak və Mişel Obamalar hər ailədə olan çətinlikləri yaşadıqlarını etiraf ediblər.
ABŞ prezidenti Barak Obama və ABŞ-ın birinci xanımı Mişel Obama prezident seçkilərindən sonra ilk dəfə birgə müsahibə veriblər. ABŞ-ın ABC telekanalına müsahibəsində cütlük, əsasən, Ağ Evdə şəxsi həyatları və ailələri barədə danışıblar.
Mişel Obama hər narahat ana kimi, qızlarının kiminlə oturub-durduqlarına nəzarət etdiyini deyib. O, böyük qızı Malianın artıq mobil telefonu olduğu, yeniyetməlik dövrünə qədəm qoyduğu üçün ona daha çox nəzarət etdiklərini bildirir.
Barak Obama isə qızlarının yalan danışmağı bacarmadıqlarını vurğulayıb. Obama həmçinin bütün evliliklərdə olduğu kimi hərdən problemlər yaşadıqlarını etiraf edib: "Artıq 20 ildir evliyik. Hər bir evlilikdə olduğu kimi, bizdə də həyatın enişləri də olur, yoxuşları da. Amma əgər çətin zamanlardan birlikdə keçdikcə, hiss etdiyin hörmət və sevgi daha da dərinləşir", - Barak Obama belə deyib.
Mişel Obama isə jurnalistin siyasətə qatılmaq fikrinin olub-olmaması barədə sualına belə cavab verib: "Həyat yoldaşımı müşahidə edə-edə ondan çox şey öyrənmişəm. Bilirəm ki, siyasət çox səbrli olmağı tələb edir ki, gördüyün işin təsirini, nəticəsini görəsən. Məndə isə bu səbr yoxdur." - sitatın sonu.
Barak Obama isə xanımının "öz dilini saxlamaqda çətinlik çəkdiyini" deyərək, onun siyasət adamı olmadığını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: