Obamalar şahzadə Uilyamın toyuna dəvət olunmayacaqlar
18 Dekabr 2010 Şənbə 12:40
Baharda baş tutacaq toy mərasimi ABŞ prezidentinin iştirakı olmadan keçiriləcək
ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama şahzadə Uilyamın toy mərasimində iştirak etməyəcək. Onların adı gələn ilin baharında keçiriləcək toya dəvətlilər siyahısına salınmayıb.

Belə ki, Uilyam Böyük Britaniya taxt-tacına varis olmadığına görə, onun Keyt Middltonla toy mərasimi dövlət əhəmiyyətli tədbir sayılmlr. Bu səbəbdən cütlük öz toylarına dövlət başçılarını dəvət etməyə borclu deyillər.

Şahzadə Uilyam və nişanlısının toya daha çox humanitar və xeyriyyə təşkilatlarının işçilərini dəvət edəcəkləri bildirilir. Bununla yanaşı, toy mərasiminə Fransa prezidenti Nikola Sarkozi və onun həyat yoldaşı Karlo Bruninin də qatılacağı ehtimal edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar