Obamadan ukraynalıları üzəcək sözlər
20 Mart 2014 Cümə Axşamı 13:11
Amerika Birləşmiş Ştatları Ukrayna ilə əlaqədar mövqeyinə görə Rusiyaya və Ukraynaya hərbi müdaxilə etmək niyyətində deyil.
Amerika Birləşmiş Ştatları Ukrayna ilə əlaqədar mövqeyinə görə Rusiyaya və Ukraynaya hərbi müdaxilə etmək niyyətində deyil. "Associated Press" agentliyinin verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib. "Düşünürəm ki, ukraynalıların özləri də razı olarlar ki, bizim Rusiya ilə hərbi münaqişəmiz məqsədəuyğun deyil və Ukraynaya heç bir xeyir gətirməyəcək" - deyə, Obama bildirib.

"Biz Ukraynaya hərbi müdaxilə etməyə hazırlaşmırıq. Bütün diplomatik resurslarımızı səfərbər etməyə çalışırıq ki, Ukraynanın öz taleyini həll etməli olduğuna dair aydın ismarıcı göndərən güclü beynəlxalq koalisiya formalaşsın. Hazırda Rusiya beynəlxalq hüququ və başqa bir ölkənin suverenliyini pozur. Güc hər şeyi həll etmir, biz də Rusiyanın indiki kimi davam edəcəyi təqdirdə ona qarşı təzyiqləri gücləndirəcəyik" - Obama belə deyib.

Barak Obama həmçinin deyib ki, Rusiya prezidenti Vladimir Putin ukraynalıların öz gələcəklərinə dair özlərinin qərar verməsini istəməyib: "Düşünürəm ki, o, bu qərardan rahat deyil, amma onun strateji qərarları bu məsələdə müharibəyə başlayıb-başlamayacağına dair düşüncələrinə əsaslanmır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar