Obamadan Rusiyaya yeni təklif
24 İyun 2010 Cümə Axşamı 18:05
ABŞ prezidenti raket əleyhinə birgə müdafiə sistemi qurmağı təklif edib.
ABŞ prezidenti Barak Obama bildirib ki, ölkəsi Rusiya ilə birgə raket əleyhinə müdafiə sisteminin yaradılması üçün ciddi şəkildə əməkdaşlığa hazırdır. “Bu yaxınlarda da biz Rusiya hakimiyyətinə bu sahədə əməkdaşlığa başlamaq üçün bir neçə variant təklif etmişdik”, - deyə Obama rusiyalı həmkarı Dmitri Medvedevlə görüş öncəsi “İnterfaks”a eksklüziv açıqlamasında bildirib.
“Güman edirəm ki, Rusiya ilə birgə raket əleyhinə sistemin qurulması bizə geniş potensial imkanı yaradar. Biz texnologiya və informasiya mübadiləsi edərik. Bu isə həm Rusiya üçün, həm də ABŞ üçün böyük təhlükəsizlik təminatı deməkdir”, - deyə Obama vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: