ObamaAərbaycana yeni səfir təyin edib
30 Dekabr 2010 Cümə Axşamı 04:55
Bundan başqa ABŞ prezidenti xüsusi səlahiyyətindən istifadə edərək daha 6 təyinatı həyata keçirib
ABŞ prezidenti Barak Obama xüsusi səlahiyyətindən istifadə edərək Konqresin tətildə olduğu vaxtda, Metyu Brayzanın səfirliyi də daxil, müxtəlif vəzifələrə namizəd olan 6 nəfəri senatın təsdiqi olmadan təyin etdi. Ağ Ev yaydığı bəyanatda, prezidentin uzun müddətdən bəri vakant qalan altı mühüm vəzifəyə namizədlərini Konqresin tətildə olduğu zamanda təyin etmək qərarını açıqladığını bildirib. Bundan başqa Obamanın Baş prokurorun müavini, Dövlət Nəşriyyatı İdarəsinin sədri, ABŞ-ın Türkiyə, Suriya və Çexiya səfirlərini də təyin edib.
Bəyanatda, gözlənildiyi kimi Türkiyəyə daha əvvəl fəaliyyət göstərdiyi yerlərdə Ceyms Bonda bənzədilən Fran Rikkardonun təyin olunduğu bildirilir.
Qeyd edək ki, Konqresin, o cümlədən Senatın tətildə olduğu vaxtlarda prezidentin istifadə etməsi mümkün olan “Tətil Təyinatı” deyilən səlahiyyətə müraciət Amerikada prezidentlərin vaxdaşırı istifadə etdikləri bir yoldur. Qanunvericilər arasında heç də populyar olmayan bu səlahiyyət prezidentlərə Senatın onların namizəd göstərdiyi şəxslərin namizedliyini təsdiq etmədiyi və ya bunu yubatdığı zamanlarda öz namizədlərini Senatın təsdiqi olmadan bu vəzifələrə bir başa təyin etmə imkanı verir.
Xatırladaq ki, senatın Dövlət Katibinin Avropa və Avrasya Məsələləri üzrə Müşaviri Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi senatın Xarici Əlaqələr Komitəsində geniş müzakirə edilmiş, onun həyat yoldaşının Türk olması, özünün Azərbaycan rəsmiləri ilə yaxın əlaqələri olması ilə əlaqədar suallar qaldırılmışdı. Komitənin üzvlərindən, Demokratlar Partiyasından Barbara Bokser və Robert Menendez senator olaraq selahiyyətlərindən istifadə edərək Metyu Brayzanın namizədliyinin səsə qoyulmasının qarşısını aldılar.
DOSTLARINLA PAYLAŞ: