Obama zəlzələ ilə bağlı təcili iclas keçirib
24 Avqust 2011 Çərşənbə 10:42
Prezident Milli Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar özrə Federal Agentliyin rəhbərliyi ilə danışıqlar aparıb
ABŞ prezidenti Barak Obama ölkənin şimal-şərqində baş verən zəlzələ ilə bağlı təcili iclas keçirib.
"Prezident Milli Təhlükəsizlik Nazirliyinin və Fövqəladə Hallar özrə Federal Agentliyin rəhbərliyi ilə danışıqlar aparıb", deyə CBS xəbər verib.
"Prezident Obamaya bildirilib ki, infrastrukturlarda, o cümlədən aeroportlarda və atom elektrik stansiyalarında iri miqyasda dağıntı yoxdur", deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu gün səhər ABŞ-ın şərq sahillərində 5, 8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Şimali Karolina, Virciniya, Merilend, Nyu-York, Ohayo və Kolumbiyanın mərkəzində hiss olunub. Kapitoli təpəsində və Pentaqonda evakuasiya həyata keçirilib. Vaşinqonda ofislərin işçiləri küçələr çıxıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
DOSTLARINLA PAYLAŞ: