"Nikolya Sarkozinin Türkiyənin Avropa İttifaqına qəbul edilməsinə etiraz etməsi Fransa və Ermənistan arasındakı münasibətlərin nəticəsi deyil", - ABŞ Prezidenti Barak Obama çərşənbə axşamı İstanbulda türkiyəli tələbələr qarşısında çıxış edərkən deyib. Türkiyənin TRT 2 telekanalı xəbər verib.
"Türkiyənin Aİ-yə üzvlüyü Avropanın təhlükəsizliyini yüksəldəcək, çünki Ankara regionda vacib hərbi və strateji potensiala malikdir", - Obama bildirib.
"Türkiyə NATO-nun üzvüdürsə və münaqişə zonalarına qoşunlar göndərirsə, onda niyə o, Aİ-nin tamhüquqlu üzvü olmamalıdır", - Obama qeyd edib.
Onun sözlərinə görə, Fransanın Türkiyənin namizədliyinə etirazı əsassızdır. Ancaq o, Avropa ölkələrinin bu məsələyə yenidən baxacağına ümid edir.
Dünən Türkiyə Prezidenti Abdulla Güllə birgə mətbuat konfransında Obama Türkiyənin Aİ-yə üzvlüyünə tam dəstəyini bildirib.
Prezident Obamanın Türkiyəyə səfəri bazar ertəsi başlayıb. Türkiyə hökuməti ilə danışıqların əsas mövzusu ölkənin Aİ-yə inteqrasiyası və erməni-türk münasibətlərinin həllidir.
Obama həmçinin Aİ, ABŞ və Türkiyənin müsəlman dünyası ilə münasibətlərin qaydaya salınması məsələsində əməkdaşlığının vacibliyini də vurğulayıb.
"Dialoqun mövcudluğu bütün fikir ayrılıqlarını arxada qoymağa imkan verəcək, - Obama deyib. - İstənilən dünya dövləti kimi ABŞ-ın da səhvləri olub".
Obama yeni qərb və müsəlman cəmiyyətləri arasında münasibətlərin yaxşılaşmasına ümid edir.
"Yaxın Şərqdə ərəb və israillilər arasında sülh, müstəqil Fələstin dövləti yaranacağı halda mümkündür", - ABŞ Prezidenti Barak Obama çərşənbə axşamı İstanbulda türkiyəli tələbələr qarşısında çıxış edərkən deyib. Türkiyənin TRT 2 telekanalı xəbər verib.
"Şərqdə sülh üçün fələstinlilər və israillilər konkret addımlar atmalıdır. Burada həm də siyasi iradə də lazımdır, - Obama deyib. - Türkiyə və ABŞ yalnız vasitəçi rolunu oynaya və tərəfləri danışıqlara ruhlandıra bilər".
Obama regionun ərəb və yəhudi əhalisi arasında bütün nifrət mənbələrinin məhv edilməsini vacib sayır.
"Onlar arasında nifrət olduqca, sülh prosesi çətinləşməkdə davam edəcək", - o, deyib.
Prezident Obamanın Türkiyəyə səfəri bazar ertəsi başlayıb. Türkiyə hökuməti ilə danışıqların əsas mövzusu ölkənin Aİ-yə inteqrasiyası və erməni-türk münasibətlərinin həllidir.
Obama, həmçinin Aİ, ABŞ və Türkiyənin müsəlman dünyası ilə münasibətlərin qaydaya salınması məsələsində əməkdaşlığının vacibliyini də vurğulayıb.
"Dialoqun mövcudluğu bütün fikir ayrılıqlarını arxada qoymağa imkan verəcək, - Obama deyib. - İstənilən dünya dövləti kimi ABŞ-ın da səhvləri olub".
Obama yeni qərb və müsəlman cəmiyyətləri arasında münasibətlərin yaxşılaşmasına ümid edir.
"Türkiyənin Aİ-yə üzvlüyü Avropanın təhlükəsizliyini yüksəldəcək, çünki Ankara regionda vacib hərbi və strateji potensiala malikdir", - Obama bildirib.
"Türkiyə NATO-nun üzvüdürsə və münaqişə zonalarına qoşunlar göndərirsə, onda niyə o, Aİ-nin tamhüquqlu üzvü olmamalıdır" - Obama qeyd edib.
Dünən Türkiyə Prezidenti Abdulla Güllə birgə mətbuat konfransında Barak Obama Türkiyənin Aİ-yə üzvlüyünü tam dəstəklədiyini bildirib.