Obama və Romni qələbələrinə əmindirlər
07 Noyabr 2012 Çərşənbə 01:42
Barak Obama nəticələri Çikaqoda gözləyir, Mitt Romni isə “qərarsız ştatlar”ı gəzir.
ABŞ prezidentliyinə hər iki namizəd - demokrat Barak Obama və respublikası Mitt Romni bu gün keçirilən prezident seçkilərindəki qələbələrinə əmindirlər.

Mitt Romni vaxtilə qubernatoru olduğu Massaçusets ştatında səs verib. O, əminliyini ifadə edib ki, seçicilər dəyişikliklərə səs verəcəklər. Mitt Romni seçki məntəqəsindən “qərarsız ştatlar”dan olan Pensilvaniya və Ohayoda keçirilən mitinqlərə yollanıb. Sorğuların nəticələrinə görə, bu ştatlarda hər iki namizədin qələbə şansı var.

Barak Obama isə seçki gününü doğma Çikaqoda keçirir. O, oktyabrın sonlarında səs verib və ABŞ-ın vaxtından əvvəl səs verən ilk prezidenti olub. Barak Obama televiziya müsahibəsində bəyan edib ki, “ehtiyatlı nikbin” əhval-ruhiyyədədir.

Son seçkiqabağı sorğuların nəticələrinə görə, Barak Obama və Mitt Romnini bərabər sayda seçici dəstəkləyir. Lakin “qərarsız ştatlar”da Barak Obamanın cüzi üstünlüyü var.

ABŞ-da seçki məntəqələri Bakı vaxtı ilə saat 03.00-dan bağlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar