Obama və Medvedevin restoranını bağladılar
17 Yanvar 2013 Cümə Axşamı 13:43
Prezidentlərin Amerikada nahar etdikləri məkan qapadıldı
Amerikada Obama və Medvedevin nahar etdikləri “Ray's Hell Burger” restoranı bağlanıb. ANS PRESS-in "Regnum"a istinadən verdiyi məlumata görə, məkanın bağlanmasına səbəb prezidentlər deyil, oranı işlədən ilə sahibkar arasında baş verən mübahisə olub.
Bu restoran Ağ evdən bir neçə metr aralıda yerləşir. Obama və Medvedev orada burger sifariş etmişdilər. ABŞ dövlət başçısı soğanlı, çedder pendiri, xalapeno və göbələkli burger, Medvedev isə soğan, pendir, kahı və pomidorlu burger sifariş etmişdilər.
Artıq həmin restoran bağlanıb. Onun açılması haqda qərarı isə məhkəmə verəcək.
DOSTLARINLA PAYLAŞ: