Obama üçün “İlk mavi prezident” iddiası
16 May 2012 Çərşənbə 06:45
“Newsweek” yazıçısı Obama ilə mavilər arasında oxşarlıqlar olduğunu iddia edib.
Ötən həftə iştirak etdiyi TV proqramında Amerikada həmcinslərin nigahını dəstəklədiyini deyən və ölkədə mübahisələrə səbəb olan prezident Barak Obama nüfuzlu “Newsweek” jurnalının növbəti buraxılışında müzakirə mövzusu olub. Qeyd edək ki, jurnalın üz qabığında Barak Obamanın baş hissəsinin şəkli, başının üstündə isə rəngbərəng nur haləsi var. Şəklin altında isə “İlk mavi prezident” (The first gay president) yazılıb.
Məlumata görə, bu, (The first gay president) jurnalın yazıçılarından mavi bloqqer Endryu Sallivan imzalı məqalənin başlığıdır. Məqalədə Obamanın həyatı ilə mavi icmanın həyatı arasında bənzərliklər olduğunu iddia edən Sallivan özünə görə bəzi paralel nöqtələri də qeyd edib: “Obamanın əvvəl öz zənciliyini kəşf etməsi, sonra bunu ağların ailəsi ilə bütünləşdirməsi lazım idi. Eyni mavilərin etdiyi kimi. Onlar da əvvəl mavi olduqlarını müəyyənləşdirir, sonra bunu ailələrinə inteqrasiya edir”.
DOSTLARINLA PAYLAŞ: