ABŞ müstəqil Fələstinin yaradılması ideyasını dəstəkləyir.
Yaxın Şərqə səfəri çərçivəsində Ramallaha gələn ABŞ prezidenti Barak Obama Fələstin lideri Mahmud Abbasla görüşüb. Barak Obama Fələstin dövlətinin yaradılmasının vaxtının çatdığını bildirib. O qeyd edib ki, ABŞ əvvəlki kimi, müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir.
ABŞ prezidenti əlavə edib ki, rəsmi Vaşinqton bu təşəbbüsə axıradək sadiq qalacaq. Mahmud Abbas cavabında qeyd edib ki, İsrail bölgədə sülhə nail olmaq istəyirsə, ilk növbədə qanunsuz yaşayış məskənlərinin salınmasını dayandırmalıdır. Amerika prezidenti Fələstin lideri ilə razılaşıb və bu məsələdə onunla həmrəy olduğunu bildirib.