Obama Sarkiyanın xahişini rədd edib
01 Aprel 2011 Cümə 00:27
O, ABŞ prezidentindən “soyqırımı” ifadəsini işlətməsini xahiş edibmiş
“Biz ABŞ prezidentinin illik müraciətində dəqiq qiymətlər verməsini və əlbəttə ki, “soyqırımı” ifadəsini işlətməsinə can atmışıq və can atırıq”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə prezidenti Mişel Kalmi-Reylə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Mən dəfələrlə bildirmişəm və indi də demək istəyirəm ki, vaxtilə ABŞ prezidentində bu ifadəni işlətməsini xahiş etmişəm. Lakin arzu və reallıq başqa şeylərdir. Arzular reallıqlar üst-üstə düşəndə daha yaxşıdır. Arzu edirik ki, bu dəfə belə olsun. Amma bu baş verməsə, kədərdənməyə dəyməz. Bih hər zaman bunun üçün mübarizə aparacağıq”, - deyə Serj Sarkisyan bildirib.
DOSTLARINLA PAYLAŞ: