Obama Saakaşviliyə kömək edəcək
07 Aprel 2010 Çərşənbə 22:40
ABŞ prezidenti bəyan edib ki, ölkəsi Gürcüstanın uğurları üçün çalışacaq.
Amerika əlindən gələni edəcək ki, Gürcüstan uğurlara imza atan ölkə olsun. Belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə telefonla danışan Obama Gürcüstanda gedən islahatlara və demokratiyanın inkişaf səviyyəsinə yüksək qiymət verib. Bu barədə məlumat verən Saakaşvilinin mətbuat katibi Manana Mancqaladze bildirib ki, Obama ölkəsi adından Gürcüstanı tam dəstəklədiyini bəyan edib.
"Obama deyib ki, heç kəs Gürcüstanı təcrid edə bilməz. Gürcüstan beynəlxalq birlik, o cümlədən ABŞ tərəfindən dəstək alacaq", - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: