Obama prezidentlik məsələsində tərəddüd edir
15 İyun 2011 Çərşənbə 17:56
"Ailə üzvlərinə desəm ki, başqa bir işlə məşğul olmaq istəyirəm, onlar məni anlayarlar".
ABŞ prezidenti Barak Obamaya inansaq, ailəsi onun ikinci dəfə prezident seçilməsinə təkid etmir. Obamanın sözlərinə görə, Mişel və uşaqları onun başqa işlə məşğul olmasına qarşı çıxmazlar: “Fikrimcə, mən onlara desəm ki, başqa bir işlə məşğul olmaq istəyirəm, onlar məni anlayarlar”.

Bununla yanaşı ABŞ prezidenti NBC telekanalına müsahibəsində bildirib ki, bəzən onda yenidən prezident postuna namizədliyini irəli sürmək ideyasından imtina etmək ideyası yaranır: “Bəzən mənə elə gəlir ki, bir müddət dövlət başçısı olmaq yetərlidir”.

Bütün bunlara baxmayaraq Obama deyir ki, energetika, təhsil sahələrində yarımçıq qalmış işlər onu yenidən prezident seçkiləri marafonuna qatılmağa sövq edir. “Əgər ailəmdə hər şey yaxşıdırsa, hələ də Mişel mənimlə barışır, deməli məmin hazırda məşğul olduğum işlə məşğul olmağa enerjim var”, - deyə Obama vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar