Obama ölən şagirdlər üçün ağladı
15 Dekabr 2012 Şənbə 02:19
Bu axşam həyat yoldaşımla qurbanlar və onların ailələri üçün dua edəcəyik.
ABŞ prezidenti Barak Obama Konnektikut ştatının Nyutaun şəhərindəki ibtidai məktəbdə baş vermiş atışma barədə keçirdiyi mətbuat konfransında ağlayıb. Hadisə barədə məlumat verən Obama sadəcə prezident kimi yox, iki övlad atası kimi danışdığını deyərkən göz yaşlarını saxlaya bilməyib. ABŞ prezidenti belə bir kədəri ifadə etmənin mümkün olmadığını deyib.

“Ölənlərin əksəriyyəti 5 ilə 10 yaş arası uşaqlardır. Onların arasında müəllimlər də var. Ölənlərin ailələrinin kədərləri ilə qarşı-qarşıyayıq. Bu faciəni heç bir şeylə ifadə etmək olmaz. Uşaqları silahdan və zorakılıqdan uzaq saxlamaq lazımdır. Bu axşam həyat yoldaşımla qurbanlar və onların ailələri üçün dua edəcəyik. Qarşıda bizi çətin günlər gözləyir. Təbii ki, ölmüş uşaqları həyata qaytarmaq mümkün deyil, amma əlimizdən gələn hər şeyi edəcəyik” – dyə Barak Obama bildirib.

Qeyd edək ki, tez-tez göz yaşlarını silən Obamanın qəhərləndiyi üçün çıxışını axıra qədər oxumadan kürsüdən düşərək getdiyi bildirilir.









DOSTLARINLA PAYLAŞ:

oyunlar