Bu gün ABŞ prezidenti Barak Obama bir müddət əvvəl söylədiklərinə zidd bəyanatla çıxış edib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, o, ölkəsinin iqtisadi böhrandan çıxmasına hələ “çox aylar” qaldığını bildirib. Birləşmiş Ştatlar prezidenti böhranın hamının düşündüyündən də, dərin olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, Obama çərşənbə günü Rolidə (Şimali Karolina) çıxışı zamanı bəyan etmişdi ki, milli iqtisadiyyatın stimullaşdırılması üzrə ciddi tədbirlər ölkəsinin “iqtisadi enmənin sonunun başlanğıcını” görməsinə kömək edib.
"Bazarlar inkişaf edir və maliyyə sistemi uçurumdan uzaqlaşıb. Ola bilsin ki, biz artıq enmənin sonunu görürük", - deyə Obama bildirmişdi.