Obama Medvedevə dəvət göndərib
07 May 2010 Cümə 16:50
Rusiya prezidentinin iyunda ABŞ-a səfəri gözlənilir.
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevi iyunun sonlarında Birləşmiş Ştatlara səfərə dəvət edib. Bu barədə Ağ evin rəsmi nümayəndəsi Maykl Hammer məlumat verib.

“Prezident Obama Medvedevi iyunun sonlarında Vaşinqtona gəlməyə dəvət edib. Bu, iki ölkə liderinə qarşılaşdığımız çoxsaylı problemlərlə məşğul olmaq və milli təhlükəsizlik, həmçinin iqtisadi məsələlər daxil olmaqla geniş gündəliyi müzakirə etmək imkanı verəcək”, - deyə Maykl Hammer əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar