Obama Liviya hakimiyyətinə növbəti xəbərdarlığı
08 Mart 2011 Çərşənbə Axşamı 02:26
“Mən polkovnik Qəddafinin əlaltılarına aydın şəkildə izah etmək istəyirəm ki, onlar məsuliyyətə cəlb olunacaqlar”
ABŞ prezidenti Barakk Obama Liviya şakimiyyətinə növbəti dəfə xəbərdarlıq edib ki, o, həyata keçirdiyi zorakılıqlara görə cavab verməli olacaq. Birləşmiş Ştatlar prezidenti deyib ki, NATO Liviyadakı hadisələrə reaksiya verməyin bütün variantları, o cümlədən, hərbi yolları nəzərdən keçirir. “Mən polkovnik Qəddafinin əlaltılarına aydın şəkildə izah etmək istəyirəm… Onlar məsuliyyətə cəlb olunacaqlar… ABŞ yolverilməz qəddarlıqla üzləşən Liviya xalqı ilə çiyin-çiyinə dayanacaq”, - deyə Barak Obama Avtsraliyanın baş naziri Culiya Gillardla Vaşinqtonda birgə keçirdiyi mətbuat konfransında bildirib.
Barak Obama deyib ki, ABŞ Liviyadakı hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir. Ağ Ev rəhbərinin sözlərinə görə, Liviya xalqına əlavə 15 milyon dollarlıq humanitar yardımın ayrılmasına göstəriş verib.
DOSTLARINLA PAYLAŞ: