Obama Klintonu təriflədi
28 Yanvar 2013 Bazar Ertəsi 10:32
ABŞ prezidenti və dövlət katibi ilk birgə müsahibə veriblər.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton ABŞ-ın CBS telekanalına birgə müsahibə veriblər. Obama və Klinton dövlət katibinin 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirakına dair suala şərh verməkdən yayınıblar.
Yaxın vaxtlarda dövlət katibi postunu tərk etməli olan Hillari Klinton gələcəyə dair hansısa bəyanat vermək istəmədiyini deyib.
Barak Obama isə xanım Klintonun dövlət katibi postunda fəaliyyətini yüksək qiymətləndirib və son illər ərzində onların arasında yaranmış və qarşılıqlı anlayışa söykənən münasibətlərdən danışıb. ABŞ prezidenti Hillari Klintonu intizamlı, düşüncəli, təşkilati qabiliyyətli bir insan kimi təsvir edib.
Qeyd edək ki, bu, Barak Obama və Hillari Klintonun ilk birgə müsahibəsi olub.
DOSTLARINLA PAYLAŞ: