Obama İrana qarşı yeni sanksiyaları imzaladı
02 İyul 2010 Cümə 10:25
Obama İrana qarşı yeni sanksiyaları imzaladı. Ağ ev Tehrana təzyiqləri artırır.
ABŞ prezidenti Barak Obama Tehrana qarşı yeni sanksiyalar haqqında qanunu imzalayıb. Ağ ev bu qanunu “bütün zamanlar üçün ən ağır sanksiyalar” adlandırıb.
Xatırladaq ki, sanksiyalar İranın beynəlxalq aləmdən təcrid edilməsini gücləndirmək və bu ölkənin neft ehtiyatlarının ixracatını məhdudlaşdırmağı nəzərdə tutur.
Obama bir daha qeyd edib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasına imkan vermək fikrində deyil. “Biz İran hakimiyyətinə göstərəcəyik ki, onun hərəkətləri nəticəsiz qala bilməz”, deyə Obama qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: