“ANS PRESS” “Haberler.com” saytına istinadən bildirir ki, Barak Obama Türkiyənin, Nato-nun əhəmiyyətli üzvü olduğunu, iqtisadiyyatının inkişaf etdiyini, Ankaranın AB ilə yaxın təmas qurmaq istədiyini, Amerikanın da bunu dəstəklədiyini deyib. Sarkozi isə, Türkiyənin Avropaya inteqrasiyası məsələsində Obamadan fərqli düşüncələrə sahib olduğunu deyib. “Türkiyənin Qərblə Şərq arasında körpü olacağı fikrində həmfikirik. Amma şərtlər barədə fərqli görüşə sahibik. ABŞ ənənəvi olaraq inteqrasiya barədə fikirləşir. Amma mənim dərdim sadəcə inteqrasiya deyil”.
Obama isə ABŞ-ın AB-yə üzv olmmadığını və bu birliyə girmək üçün tətbiq edilən şərtləri tələb etmədiyini deyib, Türkiyənin ABŞ və AB ilə dostluğunu təmin etmək istədiklərini vurğulayıb. “Türkiyənin AB-yə üzv olması çox əhəmiyyətlidir. Amerikanın arzusu Türkiyənin Fransa, ABŞ və digər AB ölkələriylə dostluq əlaqələrinin möhkəmlənməsinə imkan verən proses və müzakirələri təşviq etməkdir”. /ANS PRESS/