Obama ilə Medvedev danışıqlara hazırlaşır
01 Oktyabr 2010 Cümə 20:10
Tərəflər Rusiyanın ÜTT-yə üzvlük məsələsini müzakirə edəcək.
Bu gün Rusiya prezidenti Dmitri Medvedv və ABŞ dövlət başçısı Barak Obama bir sıra mühüm məsələləri müzakirə edəcək. Rusiya prezidentinin köməkçisi Serqey Prixodkonun verdiyi məlumata görə, danışıqlar zamanı iki ölkə prezidenti Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsini gündəmə gətirəcək.
“Bu gün ABŞ və Rusiya dövlət başçıları danışıqlara başlayacaq. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına dair danışıqların sürətləndirilməsi əsas müzakirə predmeti olacaq”,- deyə Serqey Prixodko bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: