Obama Ermənistana səfir namizədini açıqlayıb
19 May 2011 Cümə Axşamı 15:29
ABŞ prezidenti bu posta Con Heffnerin namizədliyini irəli sürüb
ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Ermənistandakı səfiri postuna Con A. Heffnerin namizədliyini irəli sürüb. ANS PRESS-in xəbərinə görə, bu barədə Ağ evin mətbuat xidməti məlmat yayıb.
Qeyd edək ki, Con Heffner hazırda ABŞ-ın NATO-dakı missiya rəhbərinin müavini vəzifəsində çalışır. Bunadək isə o, ABŞ-ın İndoneziyadakı səfirliyində işləyib. Bundan əlavə Heffner ABŞ-ın Yaponiya, Çin və Malaziyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı hazırki səfiri Mari Yovanoviç cari ilin iyun ayında öz missiyasını başa vurur.
DOSTLARINLA PAYLAŞ: