Obama Dalay-Lama ilə görüşməmək qərarına gəlib
17 Sentyabr 2009 Cümə Axşamı 06:10
“The Weekly Standard” qəzeti: “Amerika prezidenti Pekinə noyabrda baş tutmalı olan səfəri ərəfəsində Çini narazı salmaq istəmir”
ABŞ prezidenti Barak Obama Tibetin dini lideri Dalay-Lamanın ABŞ-a səfəri zamanı onunla görüşməmək qərarına gəlib. Bu barədə məlumatı “The Weekly Standard” qəzeti yayıb.
Qəzetin yazdığına görə, Amerika prezidenti Pekinə noyabrda baş tutmalı olan səfəri ərəfəsində Çini narazı salmaq istəmir: “İnsan hüquqları və mədəni muxtariyyət hüququna dəstək vermək, Tibet xalqını müdafiə etmək əvəzinə Barak Obama Çin qarşısında baş əyir”.
Qəzetin məlumatına görə, 1991-ci ildən sonra Dalay-Lama bütün ABŞ prezidentləri ilə görüşüb.
DOSTLARINLA PAYLAŞ: