Obama çıxış yolunu göstərdi
09 Avqust 2013 Cümə 14:30
ABŞ prezidenti Yunanıstanın düçar olduğu maliyyə böhranından çıxış yollarından danışıb.
ABŞ Prezidenti ilə Yunanıstan Baş nazirinin görüşü olub. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda prezident Barak Obama ilə Yunanıstan baş naziri Antonis Samarasın görüşü zamanı müzakirə olunan əsas məsələ Yunanıstanın dərin maliyyə böhranından çıxması və sərt iqtisadi tədbirlərlə iqtisadi inkişaf siyasəti arasında balansın yaradılması olub.

“Yunanıstanın üzləşdiyi çətinlikləri nəzərə alaraq, biz sərt iqtisadi tədbirlərə bir strategiya kimi baxa bilmərik. Borcların azaldılması üçün vergi konsolidasiyası vacibdir, amma iqtisadi inkişaf və iş yerlərinə diqqətin ayırlması da vacibdir. Mən fikirləşirəm ki, cənab Samaras bunun üçün lazım olan tələbləri yerinə yetirəcək. Biz hamımız istəyirik ki, yunan xalqı tunelin sonundakı işığı görsün.” - deyə Obama fikirlərini bildirib

Yunan nazir maliyyə böhranı illərində xalqının böyük çətinliklərlə üzləşdiyini və hökumətin işsizliyə qarşı mübarizə aparmağın və iqitsadiyyatı dirçəltməyin yollarını tapmalı olduğunu bildirib.

Hazırda Yunanıstan 6 ildir ki, davam edən iqtisadi böhrandan çıxmağa çalışır. 2010-ci ildən bəri Yunanıstan Avropa ölkələri və Beynəlxalq Valyuta Fondundan iqtisadiyyatın bərpa olunması üçün ümumuilikdə 319 milyard avro yardım əldə edib. Bununla belə, rəsmi statistikaya görə, may ayında ölkədə işsizlik rekord həddə - 27.6 faizədək yüksəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar