Obama amerikalılarla ilk dəfə “Facebook” vasitəsilə danışacaq
20 Aprel 2011 Çərşənbə 01:54
ABŞ prezidenti ölkə vətəndaşlarının iqtisadiyyatla bağlı suallarını cavablandıracaq
ABŞ prezidenti Barak Obama ilk dəfə amerikalılarda “Facebook” sosial şəbəkəsi vasitəsilə danışacaq. “Aprelin 21-də Barak Obama “Facebook” vasitəsilə iqtisadiyyatla bağlı olduqca qeyri-adi söhbət üçün Kaliforniyaya yola düşəcək. Prezident amerikalılarla bizim iqtisadiyyatı maliyyə baxımından daha məsuliyyətli yola qaytarmaq üçün qəbul etməli olduğumuz asan olmayaq qərarları müzakirə edəcək”, - Ağ Evin məlumatında deyilir.
Amerikalıların prezidentlə söhbəti facebook.com/WhiteHouse səhifəsində və Ağ Evin WhiteHouse.gov/live saytında canlı yayımlanacaq.
Ağ Evin məlumatında deyilir ki, suallar internet vasitəsilə qəbul ediləcək və söhbətə hər kəs qoşula bilər. “Facebook” prezidentə verilməli olan sualları seçəcək. Amerikalılar isə tədbirin “Facebook” səhifəsində yerləşdirə bilərlər.
Söhbətdə “Facebook”un yaradıcısı və rəhbəri Mark Çukerberq də iştirak edəcək.
DOSTLARINLA PAYLAŞ: