Obama ailəsi ötən il 4,4 milyon dollar qazanıb
16 Aprel 2010 Cümə 00:55
Prezident ailəsinin əsas gəliri Barak Obamanın kitablarının satışından olub.
ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama 2009-cu ildə 4,5 milyon dollar qazanıblar. Amerika KİV-in Ağ Ev administrasiyasına istinadən yaydığı məlumata görə, prezident ailəsi 1,79 milyon dollar qazanıb. Obama ailəsinin əsas gəliri Barak Obamanın ABŞ-da bestsellerə çevrilmiş kitablarının satışından olub.

Amerikanın birinci cütlüyü ötən il xeyriyyəçiliyə 330 min dollar xərcləyib. Bura təhsil sahəsinə ianələr və yoxsulluqla mübarizə ilə məşğul olan ayrı-ayrı təşkilatlara üzvlük haqları da daxildir. Bundan başqa, ABŞ prezidenti ötən il aldığı Nobel mükafatını (1,4 milyon dollar) da 10 müxtəlif xeyriyyə təşkilatlarına bağışlayıb.

Bununla yanaşı, Barak və Mişel Obamalar doğma İllinoys ştatının büdcəsinə gəlir vergisi kimi 160 min dollar da ödəyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar