Obama Ağ Evdə iftar yeməyi təşkil edib
11 Avqust 2011 Cümə Axşamı 09:58
Barak Obama bu ölkədəki müsəlmanlara göstərdikləri xidmətə görə təşəkkür edib
ABŞ prezidenti Barak Obama Ağ Evdə ənənəvi iftar yeməyi təşkil edib. Barak Obama müsəlman ölkələrinin səfirlərinin böyük bir qrupu və yerli müsəlman icmasının nümayəndələri ilə görüşdə müsəlmanlara bu ölkəyə göstərdikləri xidmətlərinə görə təşəkkür edib. O, çıxışında 2001-ci il 11 sentyabr hadisələrinə də toxunub. Barak Obama bildirib ki, bir aydan sonra 11 sentyabr hadisələrinin 10-cu ildönümü ilə əlaqədar bu gecə həmin terror aktlarında amerikalı müsəlmanlar da daxil olmaqla, bir çox mənşəli insanların xatirəsini yad etmək üçün yaxşı məqamdır. O, həmçinin amerikalı müsəlmanların hərbidə də ölkənin təhlükəsizliyini müdafiə etdiklərini deyib və ABŞ-ın tarixində və nailiyyətlərində onların böyük səylərini yüksək qiymətləndirib.

«Burada -Amerika Birləşmiş Ştatlarında, onlar və ya biz kəlməsi yoxdur- sadəcə biz varıq. Amerika Birləşmiş Ştatları xalqların vahid ailəsi kimi qalmalıdır. Amerikalı müsəlmanlar bütün sferalarda uzun müddətdir səy göstərirlər. Biz əvvəlki nəsillər kimi, sınaqlar zamanı səfərbər olaraq, əsas dəyərlərə sadiq qalaraq və daha güclü olaraq vahid ailə kimi irəli gedən Amerika olmalıyıq.»- deyə Barak Obama bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar