Obama: ABŞ qoşunlarını bütünlüklə İraqdan çıxaracaq
22 Oktyabr 2011 Şənbə 11:33
Bundan əvvəl dekabrın 31-ə təyin edilmiş çıxarılma müddətinin uzadıla biləcəyi güman edilirdi
ABŞ prezidenti Barak Obama bu ilin sonunadək bütün ABŞ qüvvələrinin İraqdan çıxacağını elan edib. Prezident bu bəyanatı İraq baş naziri Nuri əl-Maliki ilə video-konfransdan sonra verib. Obama İraqla ABŞ arasında münasibətlərin qarşılıqlı maraqlara və hörmətə əsaslanaraq "yeni mərhələyə" daxil olacağını bildirib. O, ABŞ-ın İraqla çiyin-çiyinə dayanaraq regional sülhə xidmət edəcəyini bəyan edib.

Barak Obamanın açıqlamasından azacıq sonra Nuri əl-Maliki bəyanatla çıxış edib. O, bəyanatda prezident Obama ilə yeni əməkdaşlıq istiqamətləri haqda fikirləri paylaşdığını söyləyib. Xatırladaq ki, bundan əvvəl dekabrın 31-ə təyin edilmiş çıxarılma müddətinin uzadıla biləcəyi güman edilirdi. Obama və Maliki bu məsələ üzərində danışıqlar aparırdılar.

2003-cü ilin martında başlamış İraq müharibəsi ABŞ tarixində ən uzun sürən hərbi konfliktlərdən biri idi. Bu münaqişədə 4400 ABŞ əsgəri həlak olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar