Obama:ABŞ Cənubi Sudanın müstəqilliyini tanıyacaq
08 Fevral 2011 Çərşənbə Axşamı 00:50
“Bu tarixi məqamın irəliyə doğru sabit hərəkətin əsasını qoyması üçün bütün tərəflər məsuliyyət daşıyır”
ABŞ Cənubi Sudanı müstəqil dövlət kimi 2011-ci ilin yiulunda tanıyacaq. Birləşmiş Ştatlar prezidenti Barak Obamanın bəyanatında belə deyilir. “ABŞ xalqı adından Cənubi Sudan xalqını seçicilərin böyük əksəriyyətinin müstəqilliy üstün tutduğu uğurlu və ruhlandırıcı referendum münasibətilə təbrik edirəm. Bununla əlaqədar Birləşmiş Ştatların Cənubi Sudanı 2011-ci ilin iyulunda müstəqil dövlət kiim tanımaq niyyətini elan etməyə şadam”, - deyə bəyanatda bildirilir.

ABŞ prezidentinin sözlərinə görə, referendum Afrikanın ədalət və demokratiyaya doğru uzun yolunda növbəti addım olub: “İndi bu tarixi və çox şey vəd edən məqamın irəliyə doğru sabit hərəkətin əsasını qoyması üçün bütün tərəflər məsuliyyət daşıyır. Əhatəli sülh sazişi tam mənada həyata keçirilməli, bütün mübahisələr isə dinc yolla həll olunmalıdır”.

Xatırladaq ki, Cənubi Sudanın müqəddəratını təyin etməsinə həsr edilən referendumda iştirak edənlərin 98 faizi regionun müstəqil dövlət olmasına səs verib. Yeni, Afrikanın sayca 53-cü ölkəsi bu il iyulun 9-da rəsmən elan ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar